Koronavirus (COVID-19) pandemiyasının təhlükəli mərhələsi başlayır.

Unikal.org xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, dünya ölkələri koronavirusun yeni mərhələsinə qədəm qoymaqdadır.

ÜST rəhbəri Cənubi və Şimali Amerika, Cənubi Asiya, eləcə də Yaxın Şərqdə daha çox yeni yoluxmalar və ölüm faktlarının olduğunu qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb. İndiyədək 8,7 milyona yaxın insan virusa yoluxub.