Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Müzəffər Həsənov küçəsində yerləşən 1 saylı Vərəm Əlehyinə Dispanserin qarşısında dayanan 1995-ci il təvəllüdlü Kərimov Elvin Manaf oğluna naməlum şəxs yaxınlaşıb və onunla mübahisə edib.

Sonradan tərəflər əlbəyaxa dava edib. Bu zaman E.Kərimov boğaz nahiyəsindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.