Məşhur Hollivud aktrisası Ancelina Coli “Vogue” jurnalına müsahibəsində Bred Pittdən boşanmağının səbəbini açıqlayıb. 

Unikal.org xəbər verir k, onun sözlərinə əsasən, aktrisa belə bir addımı uşaqlarının rifahı naminə edib. Coli düzgün qərar verdiyini bildirib.

“Bəzi insanlar mənim susmağımdan istifadə etdilər və uşaqlarım özləri haqqında KİV-lərdə yalan məlumatlar oxudular. Lakin mən onlara xatırladıram ki, həqiqəti özləri bilirlər”, - deyə Hollivud ulduzu bildirib və əlavə edib ki, uşaqları çox cəsur və güclüdürlər.

Xatırladaq ki, Bred Pitt və Ancelina Coli 2014-cü ildə ailə həyatı qurmuşdular. Cütlüyün altı uşağı var.