Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində heç bir dəyişiklik yoxdur.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, B.Bağırzadənin durumu stabil, kritik-ağır olaraq qalır. Hazırda təyinata uyğun müalicələr davam etdirilir.

Qeyd edək ki, əməkdar artistin ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.