Saatlı sakini, Həsənov Rafiq Allahşükür oğlu idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə yolu keçən Sabirabad rayonunun Qalağayın kənd sakini, 2014-cü il təvəllüdlü Həsənov Xeyrulla Vəli oğlunu vurub. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, 6 yaşlı uşaq ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.