Qazaxda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Əzizbəyli kəndində qeydə alınıb.

1971-ci il təvəllüdlü Vüqar Qəhrəmanov yolu keçmək istəyən zaman onu maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.