Füzuli rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Hacıyev Tural Bəxtiyar oğlu və 2005-ci il təvəllüdlü Ağayev Fərid Allahyar oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar əvvəlcə Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin onların vəziyyətləri ağır olduğundan daha sonra Bakıda yerləşən xəstəxanaların birinə göndəriliblər. Müayinə zamanı T.Hacıyevə sol diz qapağının yerdəyişən sınığı və üzün sıyrılmış yaraları, F.Ağayevə isə sol bud sümüyünün yerdəyişən sınığı və alt çənə sümüyünün sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.