“Üzüklərin Rəbbi” filmindəki “Bilbo Baggins” obrazını canlandıran məşhur ingiltərəli aktyor Sir Ian Holm vəfat edib. 

Unikal.org BBC-yə  istinadən xəbər verir ki,  bu barədə onun yaxın qohumu Holmun bu səhər 88 yaşında öldüyünü açıqlayıb.  Holmun ölümünə səbəb uzun müddət əziyyət çəkdiyi Parkinson xəstəliyidir.

Belə ki, Ser Ian Holm,  “Bilbo Baggins” ilə birlikdə “Atəşli avtomobillər” filmində məşqçi “Sam Mussabini”, “Beşinci element” də “Kornelius” və “Yaratma” filmindəki “Ash” kimi rolları ilə  məşhurlaşıb.

Qeyd edək ki, Böyük tamaşaçı önündə teatr səhnəsinə çıxan Holm, İngilis yazıçısı Şekspirin pyeslərindəki “King Lear” kimi tamaşaları ilə yadda qalıb.