Xızı rayonunun Giləzi qəsəbəsində ümumi sahəsi 50 m2 olan ikimərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.