Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 16:32-də söndürülüb.

Bu barədə Unikal.org-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

16:27

xxx

Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta məmulatlarının emalı sexində yanğın baş verib.

Unikal.org xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.