Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır. 

Unikal.org erməni KİV-nə istinadən xəbər verir ki, Dağlıq Qarabağda koronavirusa 6 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 103 nəfərə çatıb.

İndiyədək xəstəlikdən sağalanların ümumi sayı 65 nəfərdir. Hazırda 74 nəfər karantindədir, xəstəlikdən ölüm faktı qeydə alınmayıb.