ABŞ komediyaçısı Darryl Lynn Hughley çıxış edərkən səhnədə huşunu itirib. 

Unikal.org xəbər verir ki, 57 yaşlı məşhur komediyan ustasının anidən səhnədə huşunu itirməsi sevənlərini üzüb. Belə ki, tez  bir zamanda komediyaçı yaxınlıqdakı Müqəddəs Tomas Xəstəxanasına aparılıb. Edilən testlər nəticəsində Darryının koronavirus testi müsbət çıxıb. Darryl Lynn Hughleyinin, daha sonra otel otaqlarının birində karantinə alındığı bildirilib.  

Məşhur komediyaçı sosial media hesabında “Xəstəliyim asimptomatik adlandırıldı. Qrip simptomları yoxdur. Nəfəs darlığım yoxdur, nəfəs almaqda çətinlik çəkmirəm. Öskürəyim yoxdur, aşağı və ya yüksək atəşim yoxdur. Dadı və ya qoxusu itmir. Düşünürəm ki, yalnız huşumu itirdim. Dualarınıza və xoş arzularınıza görə təşəkkür edirəm” deyə paylaşım edərək sevənlərinə səhhəti barəsində məlumat verib.