Koronavirus infeksiyasına yoluxma daha bir faciəyə səbəb olub.

Unikal.org xəbər verir ki, 37 yaşlı iqtisadçı Ramin Qurbanov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Həkimlərin səyinə baxmayaraq, infeksiyaya yoluxmuş bu gənc 9 gün mücadilə aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu gün ad günü olan R. Qurbanov səhər saatlarında dünyasını dəyişib. Məlumata görə, onun azyaşlı qızı var.

Dostlarının və sinif yoldaşlarının sosial şəbəkələrdə yazdıqlarına görə, axşam saatlarında isə oğlunun itkisinə dözə bilməyən anası Nazilə Qurbanova ürəktutmasından dünyasını dəyişib