Koronavirus pandemiyanın ikinci dalğasını yaşayan Çin COVID-19 əleyhinə vaksinin ilk fotosunu mediaya təqdim edib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı ümumi şəkildə 135 vaksin nümunəsi yaradıldığını bildirib. Vaksinlərdən 6-sı Çində olmaqla, 8-i insanlar üzərində sınaqdan keçirilir.
Qeyd edək ki, artıq bütün dünya üzrə koronavirusdan ölənlərin sayı 480 000 nəfərə çatıb.