Türkiyəli tanınmış müğənni Alişan ailəsi ilə birlikdə İstanbuldan İzmirə gedərkən avtomobil qəzasına uğrayıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat verib.

Qeyd edilir ki, hadisə zamanı avtomobildə müğənninin həyat yoldaşı Buse Varol, 2 yaşlı oğlu Burak və dayələri də olub.

Alişan ilk dəfə qəza yaşadığı üçün qorxduğunu bildirib.

“Verilmiş sədəqəmiz varmış, ölümdən döndük”, - müğənni qəzadan sonrakı qorxu dolu anlardan danışarkən deyib.