Türkiyəli məşhur aktyor Şükrü Yıldızın 1987-ci il modelli avtomobili parçalanaraq oğurlanıb. 

Unikal.org haberler.com-a istinadən xəbər verir ki,  aktyor 14 ildir istifadə etdiyi XX əsr modelli avtomobili nasaz olduğu üçün Karaköydəki bir küçədə park edib.  Daha sonra avtomobilə bəzi ehtiyat hissələrinin ölkədə olmadığı üçün xaricdən sifariş verib.  

Belə ki, serial işləri səbəbiylə avtomobili ilə məşğul ola bilməyən Yıldız, bir müddət sonra avtomobilinin hissə-hissə oğurlandığını anlayıb.   Küçədəki insanlar avtomobilin baxımsız görüldükdən sonra oğruların hədəfinə çevrildiyini söyləyiblər.