"Bu günədək “Bakı Metropoliteni”nin 29 əməkdaşı koronavirusa yoluxub."

Bunu Unikal.org-a qurumun mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki,  koronavirusa yoluxanlardan 6-ı tam olaraq sağalıb:

"Hal-hazırda 22 əməkdaşımızın müxtəlif xəstəxanalarda müalicəsini davam edir. 1 nəfər isə koronavirus səbəbindən dünyasını dəyişib."