Tovuzda 6 tona yaxın narkotik tərkibli bitki məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 5 ton 714 kiloqram olan 3257 ədəd çətənə kolu aşkar edilib məhv edilib.