Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı GUAM Azərbaycanı 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, təbrik mətni təşkilatın rəsmi "Twitter" səhifəsində yayılıb.

“Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı GUAM katibliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir”, - təbrikdə qeyd olunub.

Qeyd edək ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional siyasi-iqtisadi təşkilatdır. Qurum 1997-ci il oktyabrın 10-da yaradılıb.