Prezident İlham Əliyev dünən Mingəçevir şəhərində olub. Dövlət başçısı bir sıra obyektlərin açılışında iştirak edib və şəhərdə aparılan abadlıq işləri ilə tanış olub. Ölkə prezidentinin səfəri çərçivəsində "Azərbaycan" İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Bu sahədə ən son görülən əsaslı işlər  barədə millət vəkili Asim Mollazadə Unikal.org-a açıqlama verib:

“Azərbaycan bu sahəyə çox böyük diqqət yetirir və demək olar ki, sistemli şəkildə bütün köhnə avadanlıqlardan çalışırıq müasir avadanlıqlara keçək. Ölkəmiz hal-hazırda enerjini xarici ölkələrə də ixrac edir. Gələcəkdə Azərbaycan çalışmalıdırki enerjini günəş, külək deyil, təbii mənşəlilərdən enerji istehsal etsin. Bu gün Azərbaycan həm ətraf mühiti qorumaq üçün, eyni zamanda təbii üsullarla enerjini əldə etməlidir. Daima energetika sahəsində ölkəımizdə böyülk işlər görülür. Bu sahədə bəzi nasazlıqlar yaranmışdı, və bunların aradan qaldırılması üçün bir sıra gərəkli qərarlar verilir və həyata keçirilir. Umumiyyətlə digər sahələrlə yanaşı, bu sahə ilə bağlı müvafiq texniki tədbirlərin həyata keçirilməsi davam etdirilir. Hazırda ölkə elektrik sisteminin enerji ilə təminatında “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə yanaşı, digər mövcud güclərdən də istifadə edilir”.

Dürrə Həsənova