“CNN Türk”ün  məşhur telexəbər aparıcısı Gözde Atasoy Kökçü, canlı yayım zamanı kanalla yollarını ayırdığını bildirib.  

Unikal.org xəbər verir ki,  Atasoy, ayrılma qərarının bugünkü canlı yayımının son hissəsində açıqlayıb. 

“Bu CNN Türk ekranlarında son verilişim oldu. Uzun zamandır  məni tək buraxmadığınıza görə əziz izləyicilər, Sizə,  təşəkkür edirəm. Tezliklə görüşəcəyimizə  ümid edirəm” - deyə Gözde Atasoy Kökçü qeyd edib.