Türkiyəli məşhur aktrisa Merve Boluğur bir müddət əvvəl universitet imtahanına hazırlaşdığını bildirib. 

Unikal.org xəbər verir ki, dünən baş tutan universitet imtahanı zamanı aktrisa sosial şəbəkə hesabından evində paylaşımlar edib.  Fotoları görən izləyiciləri Boluğura, "İmtahana girmədin?" sualını ünvanlayıblar. 

 "Narahat olmayın. Gələn il girəcəyimə ümid edirəm" - deyə Merve sosial şəbəkə hesabından izləyicilərinə cavab verib.  

Qeyd edək ki, koronavirus pandemiyası səbəbiylə evdə özünü karantinə alan Merve Boluğur bir müddət əvvəl mətbuata universitet imtahanına hazırlaşdığını açıqlamışdı. Həmçinin, jurnalistin "Hansı ixtisası istəyirsən?" sualına,  "İndi 3 ixtisas arasında qalmışam. İngilis dili və Ədəbiyyatı, Uşaq İnkişafı və Psixologiya ..." -  deyə Merve Boluğur cavablandırıb.