"Siz Ermənistana Gürcütsan vasitəsi ilə benzin satrısınız. Amma Azərbaycan vətəndaşlarının isə benzinə ehtiyacı var."

Unikal.org  xəbər verir ki,  bu sözlər  Mirşahin Ağayev müəllifi olduğu “Mirşahinin vaxtı” verilişində səsləndirilib. Verilişdə 1992-1993-cü illərdə Əbülfəz Elçibəy hakimiyyətinin qurumların rəhbərliyi ilə keçirdiyi  fövqəladə iclasdan bəhs edilir. Həmin iclasda Ə. Elçibəy hökumətin bəzi qurumlarının Ermənistana benzin satdığından danışır. O,  Azərbaycan tankının, döyüş maşınlarının, helikopterlərinin yanacağını oğurlayıb Ermənistana satan dövlət adamlarını ittiham edir. Cəbhə hakimiyyətinin vaxtında  keçirilmiş fövqəladə iclasda  Əbülfəz Elçibəy bildirib ki, ölkə talanır, sərvətləri oğurlanır, ermənilərə gizli yollarla yanacaq satılır. Bununla yanaşı, o zamankı dövlət katibi Əli Kərimli də çıxış edərək  ölkənin talan olduğunu, rüşvətxorluğun baş alıb getdiyini, dövlət əmlakının, hökumət avtomobillərinin qanunsuz yollarla özəlləşdirilildiyini və bütün bu kimi cinayət əməllərində yüksək çinli dövlət məmurlarının iştirakı olduğunu qeyd edir.

Həmin iclasda Ali Məhkəmə sədri, hüquq mühafizə orqanlarının rəhbərləri də danışıb. Onlar da Prezidentin və dövlət katibinin dediklərini təsdiq edərək ölkə sərvətlərinin talandığını, texnikaların oğurlandığını, Gürcüstanda yaradılmış və fəaliyyəti yalnız kağız üzərində olan qurama şirkətlər vasitəsi ilə ermənilərə benzin satıldığını deyiblər.

Qeyd edək ki, bir sözlə  həmin dövrdə  hakimiyyətin başında dayananlar açıq şəkildə bəyan ediblər ki, ölkə uçurumun astanasındadır və dağılır.