Azərbaycanda indiyədək ümumilikdə 16 968 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.