Bir zamanlar məşhur olan türkiyəli müğənni Petek Dinçözün son fotoları hər kəsin təəccübünə səbəb olub.

Unikal.org xəbər verir ki, estetik əməliyyatlardan sonra tanınmaz hala düşən müğənninin fotolarını görən izləyicilər: "Bu Petek Dinçöz deyil. Ola bilməz. Yəqin itkin düşmüş bacısıdır. Heç özünə oxşamır. "Petek estetikşöz", və.s. yazaraq, müğənnini tənqid ediblər.

Diş və dodaqlarında estetik əməliyyat etdirən Petek Dinçöz, onu tanımaqda çətinlik çəkənlərə bildirib ki, bunu "Snapchat" adlı proqramla edib.

Qeyd edək ki, Petek Dinçöz 2014-cü ildə iş adamı Serkan Kodaloğlu ilə ailə qurub. Ana olduqdan sonra isə uzun zamandır ekranlar və səhnədən uzaq düşüb.