Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Rusiya lideri Vladimir Putini ömürlük prezident seçməyi təklif edib.

Unikal.org bildirir ki, R.Kadırov belə bir çağırışı yerli hakimiyyət orqanlarının rəhbərləri ilə keçirilən iclas zamanı edib.

“Mən həmişə demişəm ki, biz Vladimir Putini ömürlük prezident etməliyik. Hazırda onu kim əvəz edə bilər?” - deyə Kadırov bildirib.

Çeçenistanın başçısı, həmçinin qeyd edib ki, dünya miqyasında belə bir siyasi lider  yoxdur.