Maqnat Ayvan Konun (Ivan Ko) “Victoria Harbour Group” şirkəti etirazlardan və siyasi qeyri-müəyyənlikdən bezən Honkonq sakinləri üçün Avropada  fərdi şəhər salmaq qərarına gəlib.

Unikal.org xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

"Çin xüsusi Honkonq administrativ rayonunun özünüidarəsinə təhdiddir, buna görə də milyonlarla insan köçməyi düşünür. Biz honkonqlulara onu tərk edərək, demokratik və azad ölkələrdə yaşamağa, işləməyə və ailə qurmağa imkan yaratmaq istəyirik”, - deyə Ko bildirib.

Qeyd edilir ki, bu, özünün sosial-iqtisadi və siyasi sistemi olan, salınacaq ölkənin həyatına müvafiq muxtar şəhər olacaq. Yeni yaşayış məntəqəsinin yarı hissəsində honkonqluların, yarı hissəsində isə yerləşəcəyi ölkənin sakinlərinin məskunlaşacağı planlaşdırılır. Ümumilikdə isə şəhər 2 milyon nəfər üçün nəzərdə tututlub.

Konun sözlərinə görə, onun şirkəti dörd qərb ölkəsi ilə danışıqlar aparır, əsas üstünlük isə İrlandiyaya verilir.