Dünyada milyonlarla insana təsir edən  ölümcül virus koronavirus pandemiyasının  “ikinci dalğa” xəbərdarlıqlarına baxmayaraq  insanlar yenə bir araya gəlməkdən çəkinmirlər. 

Unikal.org xəbər verir ki, bu dəfə Çexiyanın paytaxtı Praqada yüzlərlə insan  Çarlz körpüsündə “koronavirus”a vida şənliyini təşkil ediblər. 

Belə ki, COVİD-19 infeksiyası səbəbiylə mart ayından bəri ölkədə tətbiq olunan sərt karantin rejiminin yüngülləşməsindən istifadə edən paytaxt sakinləri  tarixi körpüdə bir araya gəliblər. 

Çarlz körpüsündə 500 metrlik masanın ətrafında oturan Praqa sakinləri, “koronavirus”un bitməsini bu cür qeyd ediblər. Lakin, mütəxəssislər bu cür fəaliyyətlərin olmasının virusun yenidən baş qaldıracağından  və daha da artacağından narahatdırlar.

Qeyd edək ki,  Çexiya, Avropada koronavirusun qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edən ilk ölkələrdən biri olub. Son məlumata görə,  10 milyondan çox əhalisi olan ölkədə indiyə kimi  11 895 yoluxma  və 349 ölüm halı qeydə alınıb.