Çinli opera müğənnisi Liu Keqin, Çin prezidenti Şi Cinpinə bənzədiyi üçün sosial mediada bəzi problemlər yaşayıb.  

Unikal.org xəbər verir ki, Almaniyanın paytaxtı Berlində yaşayan Keqing, 2019-cu ildən bəri sosial media hesabından paylaşdığı  foto və videoları ilə hər zaman təqib olunduğunu bildirib. 

Təxminən 41 min izləyicisi olan Liu Keqinin Çin prezidenti Cinpinə bənzədiyi üçün paylaşılan hər foto və ya videosu “saxta Şi” adı ilə təqiblərə məruz qalıb. 

Belə ki, Luinin şəxsi  hesabı  “saxta profil şəkli” səbəbindən bağlanıb. O, bununla bağlı aidiyyatı qurumlara müraciət edərək sosial media rəsmilərindən yardım istəyib.