Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.

Unikal.org xəbər verir ki, müşavirədə çıxış edən Baş Nazir Əli Əsədov karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd edib.

Bundan əlavə, Baş Nazir rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Əli Əsədov, həmçinin rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoyub.