ABŞ-da  yeni növ koronavirus (Covid-19) pandemiyasından ölənlərin və yoluxanların sayı artmaqda davam edir. 

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ştatlarda son sutkada koronavirusa yoluxanların sayı 47 499 nəfər artaraq ümumi yoluxanların sayı 2 730 803-ə çatıb.  

Belə ki, ölkədə son 24 saat ərzində daha 1 315 nəfər pandemiyanın qurbanı olub.  Bununla da virusdan ölənlərin sayı  130 134-ə yüksəlib.