Çinin Uhan şəhərində meydana gələn və  qısa zamanda dünyanın 200-dən çox ölkəsinə yayılaraq pandemiyaya çevrilən koronavirus infeksiyası  əleyhinə vaksinlərinin araşdırması hələ də davam edir.

Unikal.org xəbər verir ki, dünyada  10 milyondan çox yoluxmaya  və 510 min insanın həyatına son qoyan yeni növ koronavirus (Covid-19) pandemiyasının qarşısını alınması üçün  bir sıra ölkələrdə virus əleyhinə araşdırma aparılır. 

Belə ki, son olaraq İngiltərədə Oksford Universiteti  işlədiyi koronavirus (Covid-19) peyvəndinin üçüncü mərhələsinin  yekun nəticəsini açıqlayıb.  

Elm adamları insan üzərində aparılan virus əleyhinə vaksin sınaqlarının uğurlu olduğunu izah ediblər.  Həmçinin də,  alimlər vaksinin insan orqanizminin virusdan qoruduğunu bildiriblər. 

İlkin nəticələrinin perspektivli olduğu və hazırda insan təcrübələrində üçüncü mərhələnin uğurlu nəticə verdiyini ifadə edən Oksford Universiteti, peyvənd işlərinin yenə davam edəcəyini və vaksinin  sentyabr ayında hazır ola biləcəyini  bildirib.