Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 4 saylı dolayında  beş fıstıq ağacının kəsilməsi faktı aşkar edib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, faktla bağlı akt tərtib olunub və təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün İsmayıllı rayon polis şöbəsinə müraciət olunub.