Gürcüstanda son bir sutka ərzində  yeni növ koronavirusa (COVID-19) 8 yoluxma halı qeydə alınıb.  

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərşivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 939 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3080 nəfər karantində saxlanılır, 242 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 817 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.