Cənubi Afrika Respublikasının Keyptaun şəhərində neft emalı zavodunda partlayış baş verib.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində azı iki nəfər həlak olub. Daha bir neçə nəfərin yaralandığı deyilir. Partlayışdan sonra zavodda yanğın başlayıb. Yanğının qarşısı qısa müddətdə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.