Myanmanın şimalında qiymətli mineral daş çıxarılan şaxtada baş verən torpaq sürüşməsində 113 işçi ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı şaxtada çoxlu sayda fəhlə olduğu üçün qurbanların sayının artacağı istisna edilmir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.