“Selta” klubu ciddi itki ilə üzləşib.

Unikal.org xəbər verir ki, La Liqa təmsilçisinin futbolçusu Denis Suares zədələnib.  26 yaşlı yarımmüdafiəçi zədə səbəbindən mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, ötən ilin yayında “Barselona”dan “Selta”ya keçən Suares, bu mövsüm La Liqada 26 oyunda iştirak edib.