Bakıda maskalı şəxs bıçaqla mənzilə basqın edib.

Unikal.org-un məlumatına görə, iyulun 1-də Binəqədi rayon sakini, 1977-ci il təvəllüdlü V. Kubryanov ərizə ilə polisə müraciət edərək səhər saatlarında naməlum maskalı şəxsin onun mənzilinə bıçaqla daxil olaraq, ona hədə-qorxu gələrək televizor və digər məişət əşyalarını quldurluq yolu ilə taladığını bildirib. 

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci təvəllüdlü Mayis Abbasov saxlanıb.

Faktla bağlı araşdırma aparılır.