Boliviya Prezident Administrasiyasının rəhbəri Yerko Nunesin koronavirus testi müsbət çıxıb.

Unikal.org “El Deber” nəşrinə istinadla xəbər verir ki, məlumatı Boliviya Səhiyyə naziri Eydi Rok da təsdiqləyib.

Onun sözlərinə görə, hazırda Y.Nunes təcrid vəziyyətindədir.

Qeyd edək ki, Boliviyada 35 528 şəxs koronavirusa yoluxub. 1 271 xəstə pandemiyanın qurbanı olub.