Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Qarazəncir kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “VAZ-21015” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini S.Əliyev və sərnişinləri - Yevlax rayon sakinləri R.Quluoğlu, əvvəllər məhkum olunmuş N.Novruzov və Ağdaş rayon sakini O.Mehdizadə saxlanılıblar.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, S.Əliyevə məxsus avtomobilə baxış zamanı oradan 1 kq 935 qram heroin, 462 qrama yaxın tiryək və  985 qram metamfetamin aşkar edilərək götürülüb.