UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov özünün “Telegram” kanalında yazıb.

Bildirilir ki, Nurməhəmmədovun koronavirusa qalib gəlməyinə baxmayaraq səhhətində problemlər vardı. Belə ki, xəstəlik bir sıra ağırlaşmalara səbəb olmuşdu. 

Xatırladaq ki, məşhur rusiyalı döyüşçünün atası aprelin 25-də insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. May ayında isə həkimlər onun COVID-19 virusuna yoluxması ilə bağlı məlumat vermişdi. Abdulmanaf Nurməhəmmədov Moskvada müalicə alırdı.