"Kaspi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev koronavirus infeksiyasından sağalıb.

Unikal.org xəbər verir ki, o, bu barədə "Facebook" hesabında məlumat paylaşıb.

“Əziz dostlar! Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq. 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm. Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm. Özünüzü qoruyun!”.