Pakistanın Xarici İşlər naziri Şah Mahmud Kureşi koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb. Nazir qeyd edib ki, dünən yüksək temperaturu olub və koronavirus testi pozitiv çıxıb.

O, hazırda ev şəraitində karantində olduğunu və vəzifəsinin icrasına davam etdiyini bildirib.