Qlobal böhrana səbəb olan koronavirus can almaqda və yoluxmaqda davam edir. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  İngiltərədə Milli Statistika İdarəsinin yayımladığı yazılı açıqlamaya görə,  bu günə kimi qocalar evlərində yaşayan 19 394 yaşlı insanın koronavirus (Covid-19) səbəbiylə öldüyü ifadə edilib.  

Statistikanın martın 2-dən iyunun 12-dək olan məlumatlara əsaslandığı bildirilib.  Ölkədəki ümumi itkinin 43 995 olduğu açıqlansa da, bunların 29 faizinin qocalar evlərində yaşlı insanlar olduğu qeyd olunub.

Ölən insanların 14 658-nin xəstəxanalara yerləşdirilmədən qocalar evində öldürüldüyü bildirilib.