Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Qaraçay-Çərkəz Respublikasında radikal “Təkfir və Hicrət Camaatı” qruplaşmasının 5 üzvünü yaxalayıb.

Unikal.org FTX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yaxalanan şəxslər təbliğat apararaq qruplaşmaya yeni üzvlər toplayıb və regionda xəlifəlik qurmaq yönündə işlər aparıb.


Bundan əlavə, qruplaşma üzvlərinin toplaşdığı məkandan xeyli sayda radikal təbliğati xarakterli kitablar, əlyazmalar, eyni zamanda silah-sursat da müsadirə edilib.