Azərbaycanda bugünədək ümumilikdə 19 801 nəfərin koronavirusa yoluxması aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Unikal.org-a  bildirilib ki, onlardan 11 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib, hazırda 8 269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.