Binəqədi rayonunda “Sobsan” boya fabrikində güclü yanğın davam edir.

Unikal.org xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Bir neçə nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Hələlik bu barədə rəsmi məlumat verilməyib.

Bundan əlavə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerinə gəlib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.