Xəbər verildiyi kimi, 4 iyul 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində yanğın baş verməsi barədə məlumat daxil olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub.

Fövqəladə hallar nazirinin müavini general-leytenant  Etibar Mirzəyev və Nazirliyin digər aidiyyəti rəhbər şəxsləri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.