Ermənistanda koronavirusa yoluxanların sayı 28 606 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, son sutka ərzində 706 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 484 nəfər koronavirusdan ölüb, 11 824 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.