ABŞ-ın Alabama ştatının Hoover şəhərindəki “Riverchase Galleria” ticarət mərkəzinə silahlı hücum edilib.  

Unikal.org xəbər verir ki, hücum nəticəsində 8 yaşlı uşaq ölüb, 3 nəfər isə yaralanıb.

Hücumdan sonra boşaldılmış ticarət mərkəzinin şənbə günü bağlanacağı bildirilib. Hücumun  kim və ya kimlər tərəfindən həyata keçirildiyi hələ məlum deyil.  

Polis hadisə ilə əlaqədar istintaqı işlərini davam etdirir.